MSK Fərəc Quliyevin məsələsinə baxacaq
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayəti Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.
Sabah.az-a MSK-dan bildirilib ki, qanunvericiliyə uyğun qaydada müraciətə baxılacaq.
Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər” sözləri deyilir.
Daha çox