Xocalı soyqırımına görə heç vaxt ad gününü qeyd etməyən şəhid - Video
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Məzdək Eyvazlıdır.
Sabah.az xəbər verir ki, "Xəzərxəbər"in hazırladığı süjetdə bildirilib ki, 44 günlük Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi Füzuli torpaqlarında şəhidlik zirvəsinə yüksələn Məzdək Eyvazlının cəbhəyə gedəndə bir amalı olub. O da şəhid dayısı İsfəndiyar Əsədovun qisasını almaq.
Müharibəyə könüllü yollanan Məzdək Füzuli rayonunun Seyidəhmədli kəndinin azad edilməsi üçün gedən döyüşlərdə şəhid olub.
Şəhidin anası Gülnarə Eyvazovanın sözlərinə görə, fevralın 26 anadan olan Məzdək hələ uşaqlıqdan, Xocalı soyqırımını biləndən sonra doğum gününü heç vaxt qeyd etməyib. Cəbhəyə gedəndə isə 24 illik hədiyyəsini almış uşaq kimi sevincli olub.
Şəhid Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Daha çox