AFFA "Qəbələ"ni cərimələdi, futbolçusunu cəzalandırdı

İDMAN
13:35
22 Dekabr 2020
85

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sabah.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turu ilə bağlı qərarlar verilib.

Premyer Liqanın 12-ci turunun “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Qəbələ”nın futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın, klub 200 manat cərimə olunub.

Xəbər lenti