Şuşa uğrunda şəhid olan baş çavuşlar...

GÜNDƏM
09:58
22 Dekabr 2020
489

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Vətən müharibəsində qəhrəmancasına şəhid olan daha iki baş çavuşu haqda məlumat paylaşıb.

Sabah.az xəbər verir ki, 27 yaşlı Həsənli Seymur Qələndər oğlu Yevlax şəhərinin Nurallar kəndində doğulub. Baş çavuş noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Digər baş çavuş 26 yaşlı Hüseynov Fərid Fətəli oğlu Cəlilabad rayonunun Bəcirəvan kəndində doğulub. O da noyabrın 7-də Şuşa istiqamətində döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Xəbər lenti