Ermənistan müxalifəti bu gün küçələrdə çadırlar quracaq
Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti ümumi tətil və kütləvi etiraz aksiyaları təşkil etmək planlaşdırır.
Sabah.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün saat 12:00-dan Ermənistan müxalifəti irimiqyaslı etiraz aksiyaları, tətillər keçirməyi, yolları bağlamağı, küçələrdə çadırlar qurmağı planlaşdırır. Yerli saatla 15:00-da müxalifətin böyük mitinqi nəzərdə tutulub.
Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq onun kortejini dayandırmaq məqsədilə “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.
Daha çox