Nazirlik obyektiv qiymətləndirmə üçün valideynlərə müraciət etdi

ÖLKƏ
16:48
21 Dekabr 2020
412

“İstənilən onlayn sistemdə obyektivliyin təmin edilməsi şagirddən və valideyndən çox asılıdır. Sistem elə təkmilləşməlidir ki, orada əlavə təsirlər olmasın, amma düşünürəm ki, obyektiv imtahanın təşkili müəyyən müddət alacaq”.

Sabah.az xəbər verir ki, bunu “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib. O, valideynlərdən xahiş edib ki, şagirdlərin dürüst insan kimi formalaşması üçün belə məsələlərin rolu böyükdür, ona görə onlar müdaxilə etməməlidir:

“Övladları görəndə ona heç kim kömək etmir, bu, şagirdə də müsbət təsir edəcək və növbəti imtahanlarda bu işi görməkdən əl çəkəcək. Qiymətləndirmənin hansı səviyyədə olmasının fərqi yoxdur, valideynin kömək etməsi şagirdlərin şəxsiyyət kimi formalaşmasına da, real nəticələri bilməyəndə də mənfi təsir göstərər”.

Xəbər lenti