İlham Əliyev Ərdoğana başsağlığı verdi

ÖLKƏ
13:33
21 Dekabr 2020
76

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaşı oğlu Əhməd Ərdoğanın vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Sabah.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xəbər lenti