Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
2021-ci ildə dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılacaq vəsaitin məbləği müəyyənləşib.
Sabah.az xəbər verir ki, bu sahəyə ümumilikdə 4 milyard 585 milyon 806 min 638 manat vəsait ayrılıb.
Layihəyə əsasən, müdafiə qüvvələri üçün 1 milyard 934 milyon 288 min 659 manat, milli təhlükəsizlik üçün 260 milyon 612 min 183 manat, sərhəd xidməti üçün 281 milyon 620 min 334 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 3 milyon 901 min 203 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 milyard 105 milyon 384 min 259 manat ayrılacaq.
Daha çox