Çayxana sahibi və müştərilər polis şöbəsinə gətirildi - Foto

ÖLKƏ
10:54
21 Dekabr 2020
39

Şabran polisi rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Xəbər lenti