Paşinyan Sünikə helikopterlə daxil olub - Video+Yenilənib

XƏBƏR
09:48
21 Dekabr 2020
58

Ermənistanın Sünik əyalətinin bir qrup sakini baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə etiraz əlaməti olaraq aksiya keçirir.

Sabah.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılar baş nazirin kortejinin əyalətə girişinin qarşısını almaq üçün səhər tezdən “Sünik qapısı” adlanan yerə toplaşıb. Lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.

Sakinlər hesab edirlər ki, regionun təhlükəsizliyi məsələsi süquta uğrayıb. Onlar bu məsələdə Paşinyanı təqsirkar hesab edirlər.

***

Sünik sakinlərinin yolu bağlayaraq Nikol Paşinyanın bölgəyə girməsinə mane olmasına baxmayaraq Baş nazir bölgəyə daxil ola bilib.

Paşinyan əraziyə helikopterlə daxil olmalı olub. Hazırda Paşinyanın Sünik bölgəsinin yaşayış məntəqələrini ziyarət etdiyi və yerli sakinlərlə görüşdüyü bildirilir.

Ərazidəki kilsələrdən birində olan Paşinyan keşişlə salamlaşmaq istəyərkən keşiş onunla əl sıxmaqdan imtina edib.

Xəbər lenti