Düşməni PUA ilə məhv edən 29 yaşlı şəhid - Video
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Ağasadıq Aslanovdur.
Sabah.az xəbər verir ki, "Xəzər xəbər"in hazırladığı süjetdə bildirilib ki, Ağasadıq təlim zamanı yiyələndiyi bilikləri döyüşdə bacarıqla tətbiq edərək düşmən istehkamlarını dəqiq hədəf almaqla göz qırpımında məhv edib. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, ümumilikdə 42 gün durmadan cəsarətlə döyüşüb. O, Şuşa ətrafında gedən döyüşlərdə müharibənin bitməsinə bir gün qalmış ağır yaralanaraq şəhid olub.
29 yaşlı hərbçimiz pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında və düşmən hədəflərinin məhv edilməsində göstərdiyi şücaətinə görə Ali baş komandan tərəfindən ən ali mükafatlarla - "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Daha çox