Cəbrayılda postlar quruldu - Fotolar
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.
Daha çox