Pulsuz verilməli olan dərman paketi 53 manata satılır?

GÜNDƏM
14:22
19 Dekabr 2020
144

Koronaviruslu xəstələrə pulsuz verilməli olan dərman paketinin apteklərdə satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Sabah.az xəbər verir ki, bu barədə tanınmış həkim Qalib Əsədov öz feysbuk səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, həmin paketlər apteklərdə 53 manata satılır. İçərisində TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin loqosu olan içlik vərəqində paketə vitamin C, D, maqnezium, sink, L-selenometionim və hərarətsalıcı parasetamol həbinin daxil olduğu qeyd olunub.

Məsələ ilə bağlı məlumat yayan TƏBİB bildirib ki, həmin paketlər TƏBİB-ə məxsus deyil:

“TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə məxsus olan paketlər regionlarda xəstələrə pulsuz paylanılır. Bu paketlər isə TƏBİB-ə aid deyil, onların üzərində TƏBİB-ə aid heç bir loqo yoxdur. TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərin hər iki tərəfinin üzərində TƏBİB-in loqosu var. Amma sosial şəbəkələrdə paylaşılan dərman paketlərinin üzəri hansısa aptek tərəfindən dizayn olunub”.

Xəbər lenti