Prezident ölkədə vaksinasiyanın başlayacağı tarixi açıqladı
14:50
18 Dekabr 2020
268"Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına 2021-ci ilin əvvəlindən başlaması planlaşdırılır".
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.
Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.
Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.
Daha çox