Anasına bir ovuc Laçın torpağı gətirmək arzusunda olan şəhid - Video

ÖLKƏ
10:44
18 Dekabr 2020
214

Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəman şəhidlərindən biri də Fərid İlyasov olub.

Sabah.az xəbər verir ki, "Xəzər xəbər" F.İlyasovla bağlı süjet hazırlayıb. Bildirilib ki,əslən Laçının Hacılar kəndindən olan 22 yaşlı xüsusi təyinatlımız Qarabağda düşmənə sarsıdıcı zərbələr vurub.

Şəhidin atasının sözlərinə görə, Fərid təkcə Füzuli döyüşündə 28 erməni hərbçisini məhv edib.

Fəridin ən böyük arzusu anasına bir ovuc Vətən torpağı gətirmək olub. Elə bu məqsədlə də ailəsinə belə demədən müharibəyə yollanıb.

Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd, Qırmızı bazar, Daşaltı istiqamətində əsl qəhrəmanlıq göstərən igidimiz Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Xəbər lenti