Qarabağdakı sülhməramlıların sayı yalnız bu halda artırıla bilər

GÜNDƏM
16:42
17 Dekabr 2020
134

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə münasibət bildirib.

Sabah.az xəbər verir ki, Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında Qarabağda Rusiya sülhməramlılarının sayının yalnız Azərbaycan və Ermənistanın razılığı ilə artırıla biləcəyini bildirib.

“Qarabağdakı Rusiya sülhməramlıların sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”, - deyə Rusiya rəhbəri qeyd edib.

Xəbər lenti