“Rusiya ermənilərin atəşkəsi pozmasının qarşısını almalıdır” - Çavuşoğlu

GÜNDƏM
12:17
17 Dekabr 2020
104

"Rusiya ilə müqavilələr imzalanıb. Atılacaq addımları Azərbaycanla da müzakirə ediləcək. Hazırda Qarabağda müşahidə nöqtələrinə – mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TV24"-ə müsahibəsində deyib.

"Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”, - deyə, Çavuşoğlu bildirib.

Xəbər lenti