Füzuli və Cəbrayılda 64 erməni hərbçinin cəsədi tapıldı
Füzuli-Cəbrayıl ərazisindəki əməliyyat-axtarış tədbirləri nəticəsində 64 hərbçinin cəsədi tapılıb.
Sabah.az "Armenpress"ə istinadən xəbər verir ki, bu günə qədər ümumilikdə Qarabağ zonasında 892 erməni hərbçisinin cəsədi tapılıb. Hazırda Füzuli-Cəbrayıl rayonları istiqamətində axtarışların davam etdirildiyi bildirilir.
Bununla yanaşı ölən hərbçilərin yaxınlarının da axtarışa cəlb olunduğu qeyd olunub.
Daha çox