Antibiotiklərlə bağlı daha bir xəbərdarlıq

GÜNDƏM
12:50
16 Dekabr 2020
224

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı insanların COVID-19-un müalicəsi üçün həkim təyinatı olmadan antibiotiklərdən sərbəst şəkildə istifadə etməsi məsələsinə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, ÜST-ün nümayəndəsi bunun yolverilməz olduğunu vurğulayıb:

“İnsanların bütün hallarda antibiotikləri apteklərdən özbaşına alması düzgün deyil. Pandemiya bitəcək, amma istifadə edilən bu ağır dərmanların fəsadları qalacaq. Hələki koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.

Xəbər lenti