Avroliqada 1/8 finalın püşkü atıldı

İDMAN
19:46
28 Fevral 2020
170

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədirdə 1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cütlük iştirak edib.

Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb. Eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə də məhdudiyyət qoyulmayıb.

Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen”lə qarşılaşacaq. İlk matç Türkiyədə olacaq.

Avropa Liqası
1/8 final

“Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə)
“Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya)
“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)
“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)
“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Bazel” (İsveçrə)
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.

Xəbər lenti