"Qarşıdakı üç ay çox kritikdir" - Hande Harmancı
“Qışın gəlməsi ilə bütün Avropada COVID-19-a yoluxma sayında artım oldu. Azərbaycanda da oktyabrdan koronavirusa yoluxmada sürətli artım qeydə alınıb. Amma son 10 gündə gündəlik təxminən 4000 say ilə yoluxma nisbətən stabilləşib”.
Sabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancı qeyd edib ki, qarşıdakı üç ay çox kritikdir: “Yaz aylarında peyvəndlənmə olduğundan yoluxma sayında da azalma müşahidə olunacaq. Odur ki, üç ayda ciddi qorunmaq lazımdır”.
Daha çox