Yunis Hüseynov koronavirusa yoluxdu

İDMAN
11:29
16 Dekabr 2020
92

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov COVID-19 virusuna yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun hazırda həkimlərin nəzarəti altında müalicəsinin davam etdiyi bildirilib.

Qeyd edək ki, "Keşlə"nin futbolçularından Miyuşko Boyoviç, Con Kamara və Turan Vəlizadənin də son koronavoris testi pozitiv olub.

Xəbər lenti