Azərbaycan Misirə başsağlığı verdi
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misirin Bakıda səfirliyinə gedərək Misir Ərəb Respublikasının 4-cü prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Ş.Mustafayevi Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb. Baş Nazirin müavini Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.
Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.
Daha çox