Azərbaycanda daha bir hakim koronavirusdan vəfat etdi
Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fuad Soltanov koronavirusdan vəfat edib.
Sabah.az xəbər verir ki, Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi F.Soltanov bir müddətdir COVID-19 infeksiyasına yoluxub.
O, bu gün səhər saatlarında vəfat edib.
Xatırladaq ki, bu il Azərbaycanda 4 hakim koronavirusdan vəfat edib.
Daha çox