İlk bu şəxslərə peyvənd vurulacaq
“İlkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Dünyada da bu təcrübədən istifadə edilir”.
Sabah.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.
O bildirib ki, əhalinin böyük əksəriyyətində COVID-19 virusuna qarşı immunitet yarananadək tibbi maskalardan istifadə davam etdirilməlidir:
“Vaksin vurulandan sonra rahatlaşmaq olmaz. Çünki anticisimin yaranması iki-üç həftə çəkə bilər. Vaksin vurulan şəxslər də həm özünü, həm başqalarını qorumaq üçün maskadan istifadə etməlidir".
Daha çox