“İdman Azərbaycan” kanalına yeni direktor təyin olundu

İDMAN
19:02
28 Fevral 2020
115

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişikliyi olub.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, tanınmış idman jurnalisti Rövşən Binnətli “İdman TV” kanalına müvəqqəti icraçı direktor təyin edilib. Bu barədə məlumatı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov da təsdiqləyib.

Qeyd edək ki, Rövşən Binnətli bundan əvvəl həmin kanalda direktor müavini vəzifəsində çalışıb.

Xəbər lenti