Kremldən Qarabağda atəşkəsin pozulması ilə bağlı açıqlama

GÜNDƏM
14:55
14 Dekabr 2020
215

“Dağlıq Qarabağda narahatedici vəziyyət yaransa da, problem tez bir zamanda həll edildi”.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

O, baş verənlər barədə az məlumatlı olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini deyib: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür. Həqiqətən, həyəcanverici bir vəziyyət yaranmışdı, amma bu, qısa müddətdə dayandırıldı”.

Xatırladaq ki, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi birgə məlumat yayaraq bildirmişdi ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Xəbər lenti