Düşmənin 50 metrliyində "olduğum yeri vur!" əmrini verən mayor - Video
Vətən müharibəsinin qəhrəmanlarından biri də Mənsur Şükürovdur.
Sabah.az xəbər verir ki, "Xezerxeber" Mənsur Şükürovla bağlı süjet hazırlayıb. Reportajda bildirilib ki, o, Hadrut uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Üç gün yaralı halda döyüşüb. Əsgərlərini mühasirəyə düşməmək üçün meşə yolu ilə çıxarmağa çalışıb. Düşmənin 50 metr məsafədə olduğunu görən mayor Şükürov artilleriyaçı yoldaşına "Olduğum yeri vur!" əmrini verib.
Hazırda cəbhədə hərbi xidmətinə davam edən Vaqif Şükürovun və mayor Mənsur Şükürovun ataları Vidadi Şükürov I Qarabağ müharibəsində tabor komandiri kimi iştirak edib. 32 il hərbi xidmətdə olub. Ehtiyatda olan polkovnik-leytenantdır.
Daha çox