Azərbaycanda koronavirusa görə saxlanılanların sayı açıqlandı
"Bu günə olan məlumata görə, 224 nəfər karantin şəraitində saxlanılır".
Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev bildirib.
Bildirilib ki, bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşlarıdır. Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır:
"Rəqəmlər daima dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır".
Daha çox