Bakıda qayınata kürəkənini güllələdi
Bakıda qayınata kürəkənini qətlə yetirib.
Sabah.az xəbər verir ki, Xəzər rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədov aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qayınatası 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox