55 koronavirus xəstəsi saxlanılıb
Həftə sonu yaşayış yerini tərk edən 55 nəfər koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sabah.az-a verilən məlumata görə, dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.
Daha çox