Sərt karantində ev heyvanlarını gəzdirmək olar?

ÖLKƏ
17:45
12 Dekabr 2020
109

Daxili İşlər Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, nazirlikdən verilən məlumatda bildirilir ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 3 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.

Xəbər lenti