İsmayıl Vəliyevin həbs müddəti uzadıldı

ÖLKƏ
13:25
12 Dekabr 2020
72

Səbail rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı bağlı təqdimatlara baxılıb.

Sabah.az xəbər verir ki, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən proseslərdə təqdimatlar təmin edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan müddətləri 3 ay uzadılıb.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Xəbər lenti