12 yaşlı Məhərrəm atasının eyni yaşda keçirdiyi acını yaşayır - Fotolar
Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” jurnalının tanınmış fotojurnalisti Reza Deqati instaqramda şəhid Elmir Əliyevin dəfnindən fotolar paylaşıb.
Sabah.az xəbər verir ki, Deqati bir müddət əvvəl Ağdamın Quzanlı qəsəbəsinə gedərək şəhidin dəfnində iştirak edib. Şəhidin ailə üzvlərinin kədərinə şahid olan fotoqraf həmin anları belə şərh edib:
“Elmir 12 yaşında ikən yaşadığı Ağdam rayonunun İsmayılbəyli kəndində erməni əsgərləri tərəfindən evindən çıxarıldı. Bütün ailəsi ilə birgə məcburi köçkün oldu. İkinci Qarabağın müharibəsi başlayanda könüllü olaraq döyüşə getdi və kəndini geri almaq üçün mübarizəyə qoşuldu. 3 noyabrda erməni snayperi tərəfindən vurularaq öldürüldü.
Oğlu, 12 yaşlı Məhərrəm atasının eyni yaşında yaşadığı itkinin bir güzgüsü olaraq, indi atasının itkisinə kədərlənir. Bu, müharibənin faciəsidir. Bu dövr sona çatmalıdır. Məhərrəm və 13 yaşlı bacısı Nurgülün dinc yaşamaq hüququ var”.
Daha çox