Ermənistan Müdafiə Nazirliyi Hadrutdakı təxribatı təsdiqlədi

GÜNDƏM
12:22
12 Dekabr 2020
317

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

Sabah.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.

Xatırladaq ki, ötən gün haqqin.az saytı Hadrutda ermənilərin azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törətdiyi, nəticədə bir hərbçimizin yaralandığı barədə məlumat yaymışdı.

Xəbər lenti