“Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz”

ÖLKƏ
16:00
11 Dekabr 2020
158

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkə daxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında Ali Baş Komandanı Azərbaycanın Milli Qəhrəmanı kimi gördüklərini qeyd ediblər

Sabah.az həmin məktublardan bir neçəsini təqdim edir:

Vüsal İbrəhimovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bizim vətən müharibəsində qələbəmizi şərtləndirən ən vacib məqam - Ulu Öndərimiz xalqımızın çağırışı ilə Azərbaycanı bəlalardan xilas edərək modern və güclü iqtisadiyyatın təməlini qoydu, Sizin bu siyasi xətti uğurla davam etdirməyinizlə güclü ordu quruculuğu formalaşdırılması oldu. Azərbaycan xalqının bəxti gözəl oldu, ona görə ki, bu xalqa, dövlətə və Vətənə xalqını sevən, onun uğrunda hər an gözünü qırpmadan bütün əziyyətlərə qatlanan və xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan Ulu Öndərimiz və onun layiqli davamçısı Siz, bizim Liderimiz oldunuz. Vətən müharibəsində siyasi və hərbi qələbəmizin uğurları, Sizin siyasi iradənizə əsaslanır və eyni zamanda, rəhbəri olduğunuz müzəffər Ordumuzun gücü ilə zəfər çaldıq. Mən, Sizin və Ordumuzun yanındayam! Möhtərəm cənab Prezident Xalqımıza silsilə qəlbə sevinci yaşatdığınız, bütün beynəlxalq təzyiqlərə mərdcəsinə lazımı cavab verdiyinizə və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinizə görə, Sizə sonsuz minnətdarlığımı ifadə etməklə qürur duyuram. Siz, Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və müzəffər Ali Baş Komandanısınız. Allah, Sizi hər zaman zirvələrdə qərarlaşdırsın. Azərbaycanın bütün sahələrində inkişafı uğrunda müqəddəs fəaliyyətinizdə yorulmaz uğurlar diləyirəm. Sizin kimi Prezidentimiz olduğuna, Sizin seçiciniz olduğuma görə çox məmnun və xoşbəxtəm.

Eldar Əhmədovdan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun.

Elçin Zeynalovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız.

Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir.

Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız.

Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun!

Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər.

Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!

Mürsəl Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq.

Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik.

Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz.

Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin.

Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm.

Xəbər lenti