Hərbi vəziyyət bu tarixdən ləğv edilir

GÜNDƏM
15:35
11 Dekabr 2020
148

Azərbaycan Prezidenti İlham Əliyev hərbi vəziyyətin ləğv edilməsi haqqında fərmanı imzalayıb.

Sabah.az xəbər verir ki, fərmanda deyilir:

1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.

2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

Xəbər lenti