Ərdoğandan Qarabağdakı sülhməramlılarla bağlı açıqlama
“Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu əməkdaşlıq aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq. Əməkdaşlıq çərçivəsində Rusiya ilə aramızdakı əlaqələri gücləndirdik".
Sabah.az “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistin “Azərbaycan ictimaiyyəti arasında Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa gəlməsinə görə narahatlıq var idi. Bu narahatlıqlar Türkiyənin iştirakı ilə bir qədər həll edildi. Azərbaycan türkləri gələcəkdə bu narahatlığın tam aradan qaldırılması üçün Türkiyənin əyani varlığını görə biləcəkmi?” sualına cavabında deyib.
Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini vurğulayan Ərdoğanın sözlərinə görə, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar: “Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik. Yalnız prezident səviyyəsində deyil, bütün nazirlərimiz və digər şöbələrimiz bu əməkdaşlığı ürəkdən davam etdirəcəklər”.
Daha çox