Türkiyə XİN-dən dünən imzalanan tarixi qərarla bağlı - Açıqlama

XƏBƏR
14:10
11 Dekabr 2020
67

"Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında 9-10 dekabr 2020-ci il tarixlərində dost və qardaş Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinə imkan verən protokolun imzalanmasından böyük məmnunluq duyuruq".

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsindən dərhal sonra 25 fevral 2020-ci il tarixində iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılmışdı: “Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarı ilə 10 dekabr tarixində imzaladığı bu protokolla iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Türkiyə və Azərbaycana gedə biləcəklər”.

Bəyanatda ayrıca, "Xalqlarımız arasındakı təmasları artıracaq bu yeni qanun, can Azərbaycanla əlaqələrimizin səviyyəsini göstərmək baxımından da böyük məna daşıyır",-deyə bildirilib.

Xəbər lenti