“İlham Əliyev Makronun planlarını alt-üst etdi”

GÜNDƏM
13:47
11 Dekabr 2020
208

“Çox dəqiq və aydın danışacağam. Təəssüf ki, Makronun Minsk üçlüyünün üzvü kimi bu müddətdə müsbət qatqısı olmadı. Burada da, təəssüf ki, Fransa Prezidenti olaraq həqiqətən də ağlasığımaz hərəkətlər edir. Atdığı çox təcrübəsiz addımlar sayəsində indi burada hər şeyi bir-birinə qatıb”.

Sabah.az “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərdən birinin “Təxminən 30 ildir ki, Dağlıq Qarabağda davam edən bir işğal var. Bu işğal bitən kimi Fransa Parlamenti tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınması qərarı verildi. Fransanın münasibətini necə şərh edərdiniz? Fransa bölgədə nə istəyir?” sualına cavabında deyib.

“Diqqət yetirirəm, Makron siyasi həyatında hər yerdən nəsə əldə etməyə cəhd göstərir. Livanda hər tərəf yanıb dağılıb, Makron Livana təlimatlar verir. Yəni, həmişə vəziyyətdən faydalanmağa çalışır. Nə oldu? Xalq Livandan onu qovdu. Eyni şeyi Xəlifə Həftarın yanında yer almaqla Liviyada etdi. BMT Həftarı tanımır, amma sən onun yanındasan! Sən demokratiya tərəfdarısan, ya çevrilişləri dəstəkləyirsən? Sən Sərracın yanında olmalısan. Hər şey meydana çıxdı, açıqlandı, amma o, buna baxmayaraq, müxtəlif ölkələrlə əlaqə yaradaraq bizə böhtan atmağa cəhd göstərdi və heç nə əldə edə bilmədi. Bax Makronun xasiyyəti belədir. Dolayısı ilə Azərbaycanla da bağlı planları baş tutmadı. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyev davranışı ilə Makronun planlarını alt-üst etdi. Bunun zərəri kimə olacaq? Təbii ki, Fransaya olacaq. Niyə? Fransa bu günə qədər atdığı addımlarla bağlı, məsələn, müxtəlif anlaşmalar və s. xaricində bəlkə Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır. Makron da naşı siyasətçidir”, - deyə Türkiyə dövlət başçısı bildirib.

Xəbər lenti