Koronavirusla bağlı daha bir qaynar xətt fəaliyyətə başladı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başlayıb.
Sabah.az xəbər verir ki, ASCO-dan verilən məlumata görə, (050) 274 30 82 nömrəli “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb.
Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.
ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.
Qeyd edək ki, Nazirlər Kabineti də əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri istifadəyə verib.
Daha çox