Oğurluğa girdiyi evdə beş gün yaşadı - Fotolar

XƏBƏR
16:15
28 Fevral 2020
87

Ötən ilin dekabr ayında və cari ilin fevralında Şəmkir ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib. Faktlarla  bağlı araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, E.Süleymanov dekabr ayında sahibi Rusiyada olan evə oğurluq üçün girsə də, oradan heç nə tapmayıb. Belə olan təqdirdə, beş gün həmin evdə yaşayıb və gecələr məhz o evdən çıxaraq qonşuluqdakı mənzillərdən oğurluq edib. Onun oğurladığı qələm isə qızıldan olub. O, qonşulardan iki banka turşu və meyvə oğurlayıb “qonaq” kimi qaldığı evdə yeyirmiş.

Xəbər lenti