Türkiyə MN Zəfər paradı ilə bağlı paylaşım etdi - Video

GÜNDƏM
11:30
10 Dekabr 2020
96

Türkiyənin Müdafiə Nazirliyi feysbuk hesabında Bakıda keçiriləcək Qələbə paradı münasibətilə paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşımda Türkiyə- Azərbaycan birgə hərbi təlimləri, Qarabağdakı döyüş əməliyyatları və həmçinin parad hazırlıqlarından kadrların əks olunduğu video yerləşdirilib.

“Tək Vətən əməliyyatını uğurla həyata keçirən və Qarabağda böyük bir qələbə qazanan Azərbaycan türkü qardaşlarımızı təbrik edir və Bakıda təşkil olunan mərasimlərdə yürüş edəcək qəhrəman ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik”,- deyə paylaşımda qeyd olunub.

Xəbər lenti