“Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir” - Akar

GÜNDƏM
10:20
10 Dekabr 2020
55

"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Türkiyə-Rusiya Mərkəzinin binasının inşası davam edir".

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı bildirib.

Akar qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri atəşkəs şərtlərini müzakirə edərək Dağlıq Qarabağda atəşkəsin effektivliyinin təmin olunmasına öz töhfələrini veriblər. Hazırda Mərkəzin fəaliyyətə başlaması üçün Türkiyə, Azərbaycan və Rusiya arasında əməkdaşlıq davam edir.

Xəbər lenti