Azərbaycan və İran XİN rəhbərləri Qarabağı müzakirə etdi - Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə görüşüb.
Sabah.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə tvitterdə yazıb.
O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
"İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır", - deyə Xətibzadə qeyd edib.
Daha çox