Komadan ayılmayan baş leytenantımız şəhid oldu - Foto
Vətən Müharibəsində yaralanan hərbçilərdən biri şəhid olub.
Sabah.az xəbər verir ki, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanli kəndindən olub.
Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov II Fəxri Xiyabanda dəfn edilib.
Daha çox