Gülüşü ilə yadda qalan şəhidimiz - Video

ÖLKƏ
11:52
9 Dekabr 2020
216

"O bizim yanımızdadır, mən onunla fəxr edirəm. Onun haqqında keçmişdə danışa, var idi deyə bilmərəm. O həmişə mənim ürəyimdədir".

Sabah.az xəbər verir ki, bu sözləri şəhid Cavid Həsənovun anası Mirvari Həsənova AzTV-yə müsahibəsində deyir. Onun atası Mikayıl Həsənov da Qarabağ müharibəsinin iştirakçılarından olub. Ona görə də Cavid üçün Vətən torpağı ovcunun içi boyda xoşbəxtlik idi.

M.Həsənov bildirir ki, o I Qarabağ müharibəsi qazisidir və II qrup əlildir: " Mən müharibənin nə demək olduğunu bilirəm. Cavid ali təhsilli idi, ingiliscə gözəl danışırdı. Xarici şirkətdə neft mühəndisi işləyirdi".

28 yaşlı şəhidimiz mühəndis kimi Azərbaycanı bir çox ölkələrdə təmsil edib. O könüllü olaraq döyüşə gedib və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xəbər lenti