Ceyhun Bayramov İran prezidenti ilə görüşdü - Fotolar+Yenilənib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfərlə yola düşüb.
Sabah.az XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
***
İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.
Bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə edilib.
Daha çox