Prezident Namiq Zeynalovu işdən çıxardı

ÖLKƏ
17:10
8 Dekabr 2020
182

Azərbaycan Prezidenti İlham Əliyev  N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalov saxlanılıb.

Xəbər lenti