TƏBİB-dən deksametazonla bağlı xəbərdarlıq

ÖLKƏ
15:23
8 Dekabr 2020
200

“Xəstələrin evlərdə özünü müalicəyə cəhd etməsi onların vəziyyətinin ağırlaşmasına səbəb olur”.

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, evlərdə yalnız vitaminlərdən sərbəst istifadə etmək, yataq rejimi və bol maye qəbul etmək olar:

“Bəzi qandurulaşdırıcı dərmanlar həkim məsləhəti ilə, dozası müəyyən edildikdən sonra qəbul edilə bilər.Həkim tövsiyəsi olmadan steroidlər, antibiotiklər və avtiviral dərmanlardan istifadə etmək olmaz. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə çoxsaylı reseptlər dolaşır. Məsələn, deksametazon barədə məlumatlar yayılıb, hətta apteklər bunu xəstələrə tövsiyə edir. Həkim məsləhəti və müayinə olmadan deksametazon qəbulu xəstənin vəziyyətini daha da ağırlaşdırır”.

Xəbər lenti